Haqqımızda
Davamiyyəti jurnaldan telefona köçürürük
QRLog Azərbaycanda hazırlanır. Məqsədimiz sadədir: işçinin işə gəlib-getməsi kağızda və ya sözdə yox, etibarlı qeyddə qalsın.
Hekayəmiz
Bir şirkətin gündəlik ehtiyacından başladı
QRLog-u sahədə işləyən böyük bir xidmət şirkəti üçün qurmağa başladıq. Şəhərin müxtəlif yerlərində onlarla ərazi, hər səhər kağız jurnal, ayın sonunda isə əl ilə yığılan tabel.
Hər əraziyə turniket qoymaq mümkün deyildi, jurnala da tam güvənmək olmurdu. Biz sadə bir fikirdən çıxış etdik: işçinin onsuz da telefonu var. Divara bir QR poster asmaq kifayət etməlidir.
Sistem ilk gündən real işçilərin real səhərlərində sınandı. İndi eyni üsulla başqa sahələrdən olan şirkətlər də işləyir.
Nümunə Canlı
Bu gün · Ərazi 3
14 oktyabr
- EQ Elnur Q. Giriş 07:52 İşdədir
- SA Səbinə A. Giriş 08:37 Üz uyğun deyil
- RM Rauf M. Giriş 07:58 · oflayn İşdədir
- GH Günay H. Skan yoxdur Gəlməyib