Səhifə yüklənir

İşçi davamiyyətini bir skan ilə idarə edin

İşçi iş yerindəki QR posteri telefonu ilə skan edir; sistem QR imzasını, məkanı, cihazı və üzü yoxlayıb giriş-çıxışı qeydə alır. Turniket, barmaq izi cihazı və ya kağız jurnal lazım deyil.

Giriş və çıxış üçün skan edin

QRLog tətbiqinin ekranı: işçinin növbəsi və çıxış düyməsi

Skan olundu

Əli Məmmədov

Giriş, 08:58

Canlı status: Aktiv

184 nəfər hazırda işdədir

Giriş qeydə alındı

08:58, Baş ofis

  • QR imzası
  • Cihaz
  • Məkan (GPS)
  • Üz uyğunluğu
  • ~10 san bir girişin qeydə alınması
  • 0 ₼ əlavə avadanlıq xərci
  • Canlı kim işdədir — anlıq

ETİBARLI TƏRƏFDAŞLAR

QRLog-dan istifadə edən şirkətlər

  • Bakı Abadlıq Xidməti
  • CleanFix
  • EastCaf
  • Green Garden
Problem

Köhnə üsulla davamiyyət vaxt aparır və saxtaya açıqdır

Kağız jurnal, bahalı terminal və “söz”lə uçot — hər filialda ayrıca dərd, hər ay yenidən.

  • Zəif nəzarət: saxtaya açıq

    Başqasının yerinə giriş

    Bir nəfər bütün briqadanı “gəldi” yaza bilir. Kim həqiqətən gəldi — bilinmir, maaş isə bu qeydə bağlıdır.

  • Əlavə xərc: avadanlıq, servis

    Bahalı avadanlıq, hər filialda

    Turniket və barmaq izi terminalı hər obyekt üçün ayrıca alınır, quraşdırılır və sıradan çıxır.

  • Zaman itkisi: gündə saatlarla

    Əl ilə uçot, gec görünüş

    Kağız jurnal və Excel tabel saatlar aparır; kim işdə, kim yox — yalnız günün sonunda bilinir.

İş prinsipi

Üç addımda hazırdır

Bir dəfə qurulur — sonra hər gün özü işləyir.

  1. 01

    QR posteri asın

    Hər filial üçün bir dəfə sabit QR poster çap edib divara asırsınız. Kod dəyişmir — posteri təzələmək lazım gəlmir.

    0 ₼ avadanlıq
  2. 02

    İşçi telefonla skan edir

    Gələndə və gedəndə işçi öz telefonu ilə QR-ı skan edir. QR imzası, məkan, cihaz və üz eyni anda yoxlanılır.

    QR imzası Məkan Cihaz Üz
    ~10 saniyə
  3. 03

    Rəhbərlik canlı görür

    Giriş-çıxış dərhal admin panelə düşür. Tarix üzrə filtrləyin, Excel hesabatı yükləyin, filial üzrə bölün.

    anlıq
Admin panel

Rəhbərin bir günü

Səhər kim gəlib, günorta nə diqqət istəyir, axşam gün necə bağlanıb. QRLog panelində hər biri bir baxışdır.

Qapıdan keçən hər kəs artıq burdadır.

Zəng etməyə, jurnal açmağa ehtiyac yoxdur — panel özü sayır və filiallar üzrə bölür.

  • Canlı yenilənir
  • Bütün filiallar bir yerdə

İdarəetmə paneli

Bütün filiallar · canlı davamiyyət

CANLI

İndi iş başında

47 nəfər

Cəmi 64 işçi · 3 filial

64

Ümumi işçi

47

İşdə

2

Qayıb

12

Həftəlik istirahət

Son fəaliyyət

bu gün

  • Leyla Kərimova giriş · Nərimanov 08:14

  • Orxan Səfərov giriş · Mərkəz 08:13

  • Aysel Hüseynova giriş · Mərkəz 08:11

  • Tural Əliyev giriş · Xətai anbarı 08:09

Ekranlar QRLog panelindəndir · məlumat nümunədir

Saxtaya qarşı qoruma

Hər giriş dörd qatda yoxlanılır

Başqasının yerinə, evdən və ya posterin şəklindən giriş cəhdi ya rədd olunur, ya da rəhbərin panelində işarə ilə görünür. Yoxlamalar işçi skan edən kimi başlayır, nəticə adətən bir neçə saniyəyə hazır olur.

Əli Məmmədov

Giriş · 08:58 · Baş ofis

qeydə alındı
  1. 01

    İmzalanmış poster

    Qarşısını alır: saxta kod

    Posterdəki kod imzalıdır və filiala bağlıdır: saxta kod qəbul edilmir, kod yalnız öz filialının ərazisində işləyir.

  2. 02

    Cihaz bağlaması

    Qarşısını alır: başqasının yerinə

    İşçinin hesabı onun telefonuna bağlanır. Başqasına bağlı telefondan edilən giriş qəbul edilmir və Problemlər siyahısında telefonun sahibi ilə görünür.

  3. 03

    GPS geo-hasar

    Qarşısını alır: evdən giriş

    Skan yalnız filialın təyin olunmuş radiusunda qəbul edilir. Evdən və ya yoldan giriş işləmir.

  4. 04

    Üz yoxlaması

    Qarşısını alır: dost əvəzinə skan

    Girişdə çəkilən selfi referans şəkillə avtomatik müqayisə olunur. Dost əvəzinə edilən skan rəhbərə işarə ilə görünür.

Nümunə məlumat

İşçi qapıda ilişib qalmır

Şəkil alınmasa və ya üz uyğun gəlməsə, işçi bloklanmır — giriş yazılır, rəhbər onu paneldə görür. Radiusdan kənar skan isə qəbul edilmir; göndərilən skan səbəbi ilə Problemlər siyahısına düşür.

Şəkil və ya üz
Giriş yazılır; üz uyğun gəlməsə sətir işarələnir
Radiusdan kənar
Skan qəbul edilmir; göndərilən skan səbəbi ilə Problemlərə düşür
İnternet yoxdur
Skan telefonda saxlanılır, bağlantı gələndə göndərilir
Əl ilə düzəliş
Kimin etdiyi ilə birlikdə qeydə alınır

Selfi yalnız davamiyyəti və şəxsiyyəti təsdiqləmək üçün işlədilir

Bugünkü davamiyyət · Baş ofis

Nümunə

Əli Məmmədov

Tamamlayıb

Giriş: 08:58

Rəşad Quliyev

Uyğunsuz 41%

Giriş: 08:15

Nigar Həsənova

Tamamlayıb

Giriş: 08:41 oflayn

Tural Əliyev

Əl ilə daxil edilib · Sevinc Nəbiyeva

Tamamlayıb

Giriş: 09:00
Modullar

Davamiyyətdən sonra da var

Hamısı eyni paneldə — hər iş üçün ayrıca sistem lazım deyil.

  • Növbə qrafiki

    Hər işçinin növbəsi əvvəlcədən müəyyən olunur.

  • Məzuniyyət və icazə

    Məzuniyyət, xəstəlik və icazə günləri qeyd olunur və hesabatlarda görünür.

  • Sahə ziyarətləri

    İşçiyə sahədə iş təyin edin, yoxlama siyahısı ilə nəticəyə baxın.

  • Elanlar

    Bütün komandaya bir mesajla çatın.

  • Push bildirişləri

    Növbə xatırlatmaları, elanlar və xəbərdarlıqlar işçinin telefonuna düşür.

  • Çoxfilial və rollar

    Bütün filiallar bir paneldə, hər rol yalnız lazım olanı görür.

  • Kiosk rejimi

    Girişdəki planşetdə QR özü yenilənir, işçi öz telefonu ilə skan edir.

Rəqəmlərlə

Real şirkətlərdə, hər gün işləyir

QRLog bazasından · Oktyabr 2026

Şirkət
5+
şirkət QRLog işlədir
İşçi
1 000+
işçi telefonla giriş edir
Filial
89+
filialda QR poster asılıb
Gündəlik giriş
550+
giriş bir iş günündə
Kimlər üçün

Komandanız harada işləyir?

Sahədə, filiallarda və ya bir binada — hər üçü eyni paneldən idarə olunur.

Sahədə və obyektlərdə

Tikinti, təmizlik və logistika sahələrində

Hər girişdə işçinin obyektin zonasında olduğu yoxlanılır.

  • GPS ilə məkan yoxlaması
  • Hər obyektə öz zonası və radiusu
  • Zonadan kənar giriş qəbul olunmur

Çoxlu filial şəbəkələri

Mağaza, restoran və aptek şəbəkələrində

Bütün filialların bugünkü vəziyyətini bir mərkəzdən izləyin.

  • Bütün filiallar bir paneldə
  • Filial müdiri yalnız ona aid filialların davamiyyətini görür
  • Kim işdədir, kim gəlməyib — canlı lövhədə

Ofislər və mərkəzi binalar

Plaza, holdinq, klinika və təhsil mərkəzlərində

Girişə QRLog posteri asılır. Əməkdaşlar giriş və çıxışda onu öz telefonu ilə skan edir.

  • Turniket, kart və barmaq izi lazım deyil
  • Poster paneldən PDF kimi yüklənir və çap olunur
  • Hər kəs öz telefonu ilə skan edir — növbə yaranmır
Təhlükəsizlik

Məlumatlarınız qorunur

Hər şirkətin məlumatı ayrıdır və yalnız görməli olan görür.

Şifrələnmiş bağlantı

Bütün trafik HTTPS üzərindən gedir; sertifikatlar avtomatik yenilənir.

Şirkətlər bir-birindən ayrıdır

Bazanın nüsxəsi hər gecə ayrıca anbara göndərilir və 90 gün saxlanılır. Bərpası hər həftə yoxlanılır.

Hər gecə ehtiyat nüsxə

Bazanın nüsxəsi hər gecə ayrıca anbara göndərilir və 90 gün saxlanılır. Bərpası hər həftə yoxlanılır.

Rol əsaslı giriş

İşçi yalnız öz davamiyyətini, menecer ona aid filialların, admin isə bütün şirkətin davamiyyətini görür.

  • PIN-lər açıq mətnlə saxlanılmır
  • Giriş şəkilləri 90 gündən sonra avtomatik silinir
  • 8 səhv PIN cəhdindən sonra giriş 5 dəqiqə bağlanır
Qiymət

Sadə və şəffaf qiymət

İşçi sayına görə ödəyin — bütün funksiyalar hər paketdə daxildir.

Start

Kiçik komandalar üçün.

4 ₼ / işçi / ay

  • 1–10 işçi
  • Hər lokasiya: 5 ₼/ay
  • Bütün funksiyalar daxil
Əlaqə saxlayın

Korporativ

Böyük komandalar üçün.

3 ₼ / işçi / ay

  • 51–100 işçi
  • Hər lokasiya: 5 ₼/ay
  • Bütün funksiyalar daxil
Əlaqə saxlayın

Enterprise

Böyük təşkilatlar üçün fərdi həll.

Fərdi

  • 101+ işçi
  • Fərdi qiymət və şərtlər
  • Quraşdırma və keçid dəstəyi
Əlaqə saxlayın

Bütün qiymətlər aylıqdır. Hər lokasiya (filial) üçün əlavə 5 ₼/ay tutulur. Gizli ödəniş yoxdur.

Telefonda

Telefona quraşdırın

Android-də Google Play-dən yükləyin. App Store versiyası hazırlanır — o vaxta qədər iPhone-da QRLog brauzerdən tətbiq kimi işləyir.

Google Play-də yükləyin Tezliklə App Store

iPhone üçün — indi

  1. Brauzerdə açın
  2. Ana ekrana əlavə edin
  3. Tətbiq kimi işlədin
İşçi əlində telefon tutur: ekranda QRLog tətbiqinin «Bu gün» səhifəsi açıqdır
Suallar

Tez-tez verilən suallar

Cavabını tapmadınız? Bizə yazın — kömək edək.

  • Xeyr. İşçilər öz telefonlarından istifadə edir. Turniket, barmaq izi cihazı və ya terminal almağa ehtiyac yoxdur — divara asılmış çap olunmuş QR poster kifayətdir.

  • Hər filialın GPS koordinatı və radiusu təyin olunur — ərazidən kənar skan standart olaraq qəbul edilmir. İşçinin hesabı öz telefonuna bağlanır, girişdə isə şəkil çəkilir və işçinin referans şəkli ilə avtomatik müqayisə olunur — uyğunsuzluq olsa, menecer görür.

  • Android-də QRLog tətbiqini Google Play-dən yükləyə bilərsiniz. iPhone-da mağaza lazım deyil — sistem brauzerdən açılır və istəyə görə ana ekrana tətbiq kimi əlavə edilir.

  • Telefon nömrəsi və 4 rəqəmli PIN ilə. E-poçt tələb olunmur. İşçiləri Excel-dən toplu əlavə edə bilərsiniz — hər kəsə müvəqqəti PIN yaranır, ilk girişdə özü dəyişir.

  • Limit yoxdur. Hər filialın öz QR-ı, məkanı və iş qrafiki olur; rəhbərlik hamısını bir paneldən idarə edir, menecerlər isə yalnız öz filiallarını görür.

  • Bəli. Tarix aralığı və filial üzrə hesabatlar bir kliklə Excel faylı kimi yüklənir. Maaş hesablaması da eyni paneldədir.